Fevralın 12-dən 14-dək Heydər Əliyev Mərkəzində “Sabahın alimləri” IV Respublika müsabiqəsi keçiriləcək.
Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunacaq.
Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən İntel İSEF–Beynəlxalq Elm və Mühəndislik sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Bu müsabiqə dünyada şagirdlər arasında keçirilən ən nüfüzlü beynəlxalq tədbirə seçim turudur.
Müsabiqəyə 200 şagirdin hazırladığı 106 elmi layihənin təqdim olunması gözlənilir. Bu layihələrdən 67-si kollektiv, 39-u fərdi qaydada hazırlanıb.
Qalib gələcək 3 layihənin müəllifi may ayında ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçiriləcək İntel İSEF sərgisində iştirak etmək imkanı qazanacaq.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55