“Təhsil haqqında”, eləcə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunlarının, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq müddəalarına uyğun olaraq məktəbdənkənar təhsil sahəsinin başlıca fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Məktəbdənkənar təhsil siyasətinin formalaşdırılmasında iştirak etmək;
- Məktəbdənkənar təhsilin istiqamətləri üzrə işləri tənzimləmək;
- Təhsili idarəetmə orqanları və məktəbdənkənar təhsil müəssisələri tərəfindən məktəbdənkənar təhsi sahəsinə dair mövcud qanunvericiliyin yerinə yetirilməsinə ümumi rəhbərliyi həyata keçirməkdir.
Adıçəkilən fəaliyyət istiqamətləri üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə ayrı-ayrı təşkilatlar, qeyri-hökümət və beynəlxalq qurumlarla əməkdaşlıq həyata keçirilir.
 
Məktəbdənkənar təhsil sahəsi üzrə işin başlıca təşkili vəzifələri:
- Məktəbdənkənar təhsilin prioritet istiqamətlərinin formalaşdırılması və bu istiqamət üzrə müvafiq zəruri tədbirlərin həyata keçirilməsi;
- Uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının müəyyənləşdirilməsi və оnların yaradıcılıqlarının, asudə vaxtlarının təşkilinin, fiziki inkişaflarının təminin dəstəklənməsi;
- Şagirdlərin tərbiyəsi, onların zərərli vərdişlərdən qorunması ilə bağlı maarifləndirmə    mexanizmlərinin təşkil edilməsi və daim təkmilləşdirilməsi;
- Tərbiyə işinin təşkili və məktəbdənkənar təhsilin istiqamətləri üzrə təlimati sənədlərin işlənib hazırlanmasının təmin edilməsi, onların təsdiqinə nail olunması və digər öhdəliklərin yerinə yetirilməsi.
 
Aşağıdakı funksiyaların icra edilməsi sayəsində məktəbdənkənar təhsil sahəsi üzrə fəaliyyətin tənzimlənməsi təmin olunur:
- Nazirliyin tərbiyə işinin təşkili və məktəbdənkənar təhsil üzrə öhdəliklərinin həyata keçirilməsi;
- Tərbiyə işinin təşkili və məktəbdənkənar təhsil üzrə prioritetlərinin müəyyənləşdirilməsi və bu sahədə siyasətin formalaşdırılmasında iştirak olunması;
- Uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının müəyyənləşdirilməsi, оnların yaradıcılıqlarının, asudə vaxtlarının təşkilinin, fiziki inkişaflarının təmini istiqamətində   aparılan işlərin əlaqələndirilməsi və tənzimlənməsi;
- Tərbiyə işinin təşkili və məktəbdənkənar təhsilin istiqamətləri üzrə fəaliyyətlərin planlaşdırılması, idarə olunması və keyfiyyətinin yüksəldilməsi işinin təşkili daxildir.
 
Məktəbdənkənar təhsil müəssisələri haqqında statistik məlumat
 
Mərkəzlərin adı Mərkəzlərin sayı Qrupların sayı Uşaqların sayı Dərnək rəhbərləri, məşqçi- müəllimlərin sayı
Uşaq Yaradıcılıq Mərkəzi  82 2912 41159 1571
Texniki Yaradıcılıq Mərkəzi 59 1819 23865 1041
Ekoloji Tərbiyə və Təcrübəcilik Mərkəzi  48 1341 19748 744
Gənc Turistlər və Diyarşünaslıq   Mərkəzi 10 613 8813 214
Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi  4 319 3945 100
Uşaq-gənclər fiziki hazırlıq klubu 1 52 612  
Estetik Tərbiyə Mərkəzi 3 253 2583 82
Uşaq-Gənclər Şahmat Məktəbi 66 1698 19345 941
Uşaq-Gənclər İdman Məktəbi 95 3880 45336 1378
 CƏMİ: 368 12887 165406 6071