“Təhsil haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunlarının, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq müddəalarına uyğun olaraq elm sahəsinin başlıca fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Elmin inkişfına dair dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək;
- Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq bütün ali təhsil müəssisələrinin və təhsil sisteminə daxil olan elmi-tədqiqat qurumlarına (elmi-tədqiqat institutları, mərkəzləri, laboratoriyaları və s.) elmi, tədris-metodiki rəhbərliyi həyata keçirmək;
- Elmin inkişaf konsepsiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, öz səlahiyətləri daxilində ali təhsil müəssisələri və onların elmi strukturları tərəfindən həmin konsepsiyaların yerinə yetirilməsini əlaqələndirmək və onlara nəzarət etmək.
 
Fəaliyyət istiqamətləri üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə ayrı-ayrı nazirliklər və təşkilatlar, Ali Atestasiya Komissiyası, AMEA, qeyri-hökumət və beynəlxalq qurumlarla əməkdaşlıq həyata keçirilir.
 
Elm sahəsi üzrə işin təşkilinin başlıca vəzifələri:
- Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq respublikanın ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin yerinə yetirilməsi və elmi-pedaqoji kadrların hazırlanması sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsi
- Elmin inkişafını təmin edən normativ hüquqi bazanın yaradılmasının təmin olunması.
- Elmin inkişaf konsepsiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, öz səlahiyyətləri daxilində ali təhsil müəssisələri və onların elmi strukturları tərəfindən həmin konsepsiyaların yerinə yetirilməsinin əlaqələndirilməsi və nəzarət ediməsi.
- Müvafiq nazirliklər və digər orqanlarla birlikdə elm sahəsində dövlət proqram və layihələrinin hazırlanmasında və reallaşdırılmasında iştirak etmək.
- Elmin inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi, iqtisadiyyat, elm, texnika, mədəniyyət və incəsənətin müasir tələbatını nəzərə alaraq elmi kadrların hazırlıq keyfiyyətinin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi.
 
Aşağıdakı funksiyaların icra edilməsi sayəsində elm sahəsi üzrə fəaliyyətin tənzimlənməsi təmin olunur:
- Təhsil sistemində elmin inkişafı sahəsində analitik təhlillərin aparılması və monitorinqlərin keçirilməsi 
- Ali təhsil müəssisələrində elmi konfrans, simpozium və konqreslərin keçirilməsinə nəzarətin həyata keçirilməsi   
- Ali təhsil müəssisələrinin elmi hesabatlarının dinlənilməsi
- Ali təhsil müəssisələrində aparılan elmi araşdırmaların planlaşdırılması və əlaqələndirilməsi
- Elm sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və yayılması
- Ali təhsil müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyası və istehsalat müəssisələrinin inteqrasiyasının təmin edilməsi.