HTP çərçivəsində tələbə və məzunların qeydiyyatı

HTP çərçivəsində təhsil alan tələbə və məzunlar təhsil aldıqları dövrdə və məzun olduqdan sonra müvafiq qaydada Təhsil Nazirliyində qeydiyyatda keçməlidir. Məlumat üçün bildirilir ki, HTP çərçivəsində təhsil alan tələbə və məzunlar əsasən, Çin, Latviya, Macarıstan, Rusiya, Rumıniya və Türkiyə kimi ölkələrdə təhsil alanlardır.

 

Qeydiyyat prosesi:

Təqaüdə layiq görülmüş yeni tələbələr təhsil yerinə getməmişdən əvvəl və sonra aşağıdakı sənədləri bu sahə üzrə məsul şəxsə (aşağıda verilir) təqdim etməlidirlər:

Ümumvətəndaş pasportunun şəkil və viza (viza tələb olunan ölkələr üçün) olan səhifələrinin surəti;

Səyahət edəcəyiniz marşrut göstərilməklə aviabilet* üçün elektron müraciət (yalnız gediş-gəliş bileti TN tərəfindən verilənlər üçün - bu barədə hər təqaüd proqramının elanında qeyd edilir);

* Qeyd: Təhsil Nazirliyinin müvafiq məktubu əsasında əməkdaş turizm şirkəti ("Xəzər” firması) tələbəni aviabiletlə təmin edir.

təhsil yerinə çatdıqdan sonra,

Təhsil aldığınız ali təhsil müəssisəsindən kursunuz, təhsil müddəti, qəbul və gözlənilən məzun olma tarixi dəqiq göstərilməklə (gün,ay, il) müvafiq səlahiyyətli şəxs tərəfindən imzalanmış və ya möhürlü və üzərində bu sənədin verilmə tarixi əks olunan arayış;

 Ümumvətəndaş pasportunun şəkil, ən son Azərbaycandan çıxış və təhsil ölkəsinə giriş möhürü və viza (viza tələb olunan ölkələr üçün) olan səhifələrinin surəti.

 

Tələbələr hər tədris ilinin sonunda qeydiyyatdan keçmək məqsədilə TN-ə gəlmədən aşağıdakı sənədləri (ali təhsil müəssisəsinin imza və möhürü ilə) bu sahə üzrə məsul şəxsə göndərməlidir:

 

                İllik qeydiyyat üçün tələb olunan sənədlər:

 

Anket forması

Təhsil alanın cari tədris ilini müvəffəqiyyətlə bitirərək növbəti tədris ilinə keçməsini təsdiq edən ali məktəbin rəsmi sənədi.

Sənəddə kurs, təhsil müddəti, qəbul ili və gözlənilən məzun olma tarixi (gün, ay və il göstərilməklə) qeyd olunmalıdır.

Cari tədris ilinin qiymət cədvəlindən rəsmi çıxarış (transkript).

Ümumvətəndaş pasportunun şəkil, ən son Azərbaycandan çıxış və təhsil ölkəsinə giriş möhürü və şəxsiyyət vəsiqəsi.

Qeyd 1: Göstərilən sənədlər səliqəli şəkildə skan edilərək adlarına uyğun olaraq qeyd edilməlidir.

Göndərilən sənədlərin həqiqiliyinin yoxlanılması məqsədi ilə tərəfimizdən təhsil aldığınız ali məktəbə sorğu göndəriləcəkdir.

 

Qeyd 2: Türk, rus və ingilis dilllərindən başqa digər dillərdə olan sənədlər tələbə tərəfindən tərcümə olunaraq təqdim olunmalıdır. Yalnız sənədləriniz tam şəkildə qeydiyyata alındıqdan sonra növbəti tədris ili üçün aviabilet və təqaüd ilə təmin olunması (müvafiq ölkələr üzrə) mümkün olacaqdır.

 

Gediş-gəliş biletləri ilə bağlı məlumat:

Qeydiyyatı uğurla başa vurmuş tələbələr gediş-gəliş biletlərinin əldə olunması üçün təhsil aldıqları ölkə üzrə məsul əməkdaşın elektron poçt ünvanına səyahət edəcəkləri istiqamətlər (misal üçün "Bakı-Moskva-Bakı”) qeyd olunmaqla 20-25 iş günü öncədən müraciət etməlidirlər.

Yalnız qeydiyyatdan keçmiş tələbələr üçün müvafiq sifariş məktubları hazırlanacaq və Təhsil Nazirliyinə şəxsən gəlməyərək birbaşa Xəzər MMC-dən biletlər əldə olunacaqdır.

Sifariş məktubları hazır olduqda sizə fərdi qaydada elektron məktub ünvanlanacaqdır.

Diqqət!

Müraciətinizin dəyərləndirilməsi üçün ən azı 20-25 iş günü tələb olunur.

 

Ünvan: Xəzər MMC Bakı şəhəri, Azadlıq pr. 36, (28 May metrosunun II çıxışının yanı)

Tel: 012 4494361, 012 4187878

 

HTP çərçivəsində məzun olmuş şəxslər:

Məzun olduqdan sonra qeydiyyatdan keçmək məqsədilə TN-ə gəlmədən aşağıdakı sənədləri (ali təhsil müəssisəsinin imza və möhürü ilə) bu sahə üzrə məsul şəxsə göndərməlidir:


Məzun qeydiyyat üçün tələb olunan sənədlər:

Anket forması

Diplom və diploma əlavə

Ümumvətəndaş pasportunun şəkil, ən son Azərbaycandan çıxış və təhsil ölkəsinə giriş möhürü və şəxsiyyət vəsiqəsi.

 

HTP çərçivəsində təhsil üzrə məsul şəxs:  Günəş Övsətova

Beynəlxalq əməkdaşlıq şöbəsi, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun mütəxəssisi:

Əlaqə:

E-poçt: gunesh.ovsetova@edu.gov.az və ya admission@edu.gov.az,

Tel: +994125991155 dax.5265