• Yalnız Bakı şəhərinin bir sıra məktəblərində uşaqların I sinfə qəbulu mikroərazi prinsipi əsasında aparılır. Valideyn övladını qeydiyyatdan keçirərkən sistemdə bu haqda müvafiq məlumat alır.

• Bakı şəhərindəki mikroərazi prinsipi tətbiq olunan məktəblərdə I sinfə onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbul üzrə üstünlük hüquqları təmin olunur:

- valideynləri (qanuni nümayəndələri) məktəbin müəyyən edilmiş mikroərazisində yaşayanlar;

- valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;

- bacı və qardaşları həmin məktəbdə oxuyanlar. 

 

 

Paytaxtda daimi qeydiyyatda olmayanlar

 

• Bakıda mikroərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Ərazi prinsipi tətbiq olunan məktəblərin mikroərazisində daimi qeydiyyatda olmayanlar övladlarını yalnız həmin tədris ocaqlarında açılan I siniflərdə yer olduğu halda qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə kirayədə yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını I sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.