• Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə ərizələrin onlayn qeydiyyatı 12.03.2018-ci il tarixdən 15.09.2018-ci il tarixədək həyata keçirilir. 14.06.2018-ci il tarixədək elektron qeydiyyata alınan ərizələr üzrə sənədlər 20.06.2018-ci il tarixədək məktəbə təqdim olunmadığı halda, həmin ərizələr sistemdən silinir və təkrar qeydiyyat imkanı yaradılır. 15.06.2018-ci ildən sonra elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti son olaraq (iyul ayı istisna olmaqla), 18.09.2018-ci il tarixdə başa çatır.