• Bakı şəhəri üzrə I sinfə ərizələrin onlayn qeydiyyatı 22.02.2018-ci il tarixindən 15.09.2018-ci il tarixinədək həyata keçirilir. 14.06.2018-ci il tarixədək elektron qeydiyyata alınan ərizələr üzrə sənədlər 20.06.2018-ci il tarixədək məktəbə təqdim olunmadığı halda, həmin ərizələr sistemdən silinir və təkrar qeydiyyat imkanı yaradılır. 15.06.2018-ci il tarixindən sonra elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti (iyul ayı istisna olmaqla) 18.09.2018-ci il tarixdə başa çatır.