• Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara ərizələrin qeydiyyatı fevralın 22-dən mayın 31-dək aparılır.
 

• Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 160 nömrəli Klassik Gimnaziya287 nömrəli “Zəkalar” liseyi2018-2019-cu dərs ili üçün I sinfə, ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı  aparılır. Qeyd olunan ümumi təhsil müəssisələrinə müəyyən edilmiş mikroərazidə yaşayan vətəndaşların uşaqları müsabiqədənkənar qəbul edilir. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə uşaqlarını qeyd olunmuş ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçirə bilərlər. Həmin uşaqlar üçün müsabiqə iyun ayı ərzində keçiriləcək.