Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsilin idarəolunmasının inkişaf etdirilməsi istiqamətində müəyyən layihələr həyata keçirir.  Belə ki, 2013-2014-cü tədris ilindən başlayaraq Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin rəhbər vəzifələrində işləyən şəxslərdə və gələcəkdə pedaqoji rəhbər olmaq istəyən şəxslərdə idarəetmə vərdişlərinin təkmilləşdirilməsi və artırılması məqsədilə təlimlər təşkil edilmişdir. 2014-2015-ci tədris ilindən başlayaraq ali təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə yaradılmış Sabah qruplarına qəbul imtahanlarının təşkilini həyata keçirilir. Bunanla yanaşı, 2013-2014-cü dərs ilindən ümumtəhsil məktəblərinin yeni fənn kurikulumları tətbiq olunan siniflərində məktəbdaxili qiymətləndirmənin həyata keçirilməsini tənzimləmək üçün “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması barədə müvəqqəti Təlimat” hazırlanmışdır. Eyni zamanda ümumi təhsil pilləsi üzrə təhsilin keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirləri həyata keçirilir.  Bu məqsədlə 2014-2015-ci  tədris ili üzrə yeni formatda Respublika fənn olimpiadaları təşkil edilmişdir.  Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin  IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün “Təməl” təqaüd proqramı təşkil edilmiş, eyni zamanda şagirdlərdə oxu bacarığının təkmilləşdirilməsi məqsədilə “Zərdabi” layihəsinin icrasına başlanılmışdır.