Təhsilin inkişafı proqramları sahəsi üzrə fəaliyyət “Təhsil haqqında” Azərbaycan Respublikasının  Qanununa, Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnaməyə və digər normativ-hüquqi aktlara əsaslanır.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətin aparılması, Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün tipdən olan təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsinə dövlət nəzarətinin həyata keçirilməsi, fəaliyyət sahəsinə aid normativ–hüquqi sənədlərin işlənilib hazırlanmasında iştirak edilməsi, dövlət təhsil standartlarına uyğun olaraq monitorinq və qiymətləndirmələrin həyata keçirilməsi, təhsilin keyfiyyətinin qiymətləndirilməsi texnologiyasının işlənməsi və təkmilləşdirilməsi təhsilin inkişafı proqramları sahəsi üzrə mühüm vəzifələrdəndir.