Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan İntellektual Klublar Assosiasiyası ilə birgə 2014-cü ilin may ayında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında hər il keçirilməsi nəzərdə tutulan “Nə? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan çempionatı keçirir.
Çempionat Azərbaycan və rus dillərində kollec və ali məktəblərin tələbələri arasında ayrılıqda keçiriləcəkdir. Çempionata hazırlıqla bağlı rəhbərlik etdiyiniz təhsil müəssisəsində intellektual klubun yaradılması, yeni yaradılan və ya artıq mövcud olan klubun Azərbaycan İntellektual Klublar Assosiasiyasında qeydiyyatı (qeydiyyat üçün ərizələr 15 sentyabr - 15 oktyabr 2013-cü il tarixlərində Teymur Elçin küçəsi 4, mənzil 31 ünvanında qəbul olunacaq), oyunların keçirilməsi üçün müvafiq yer ayrılması, oyunların təşkili və keçirilməsi, həmçinin klubun işinə cavabdehlik daşıyan məsul şəxsin təyin edilməsi Sizə tapşırılır.
Əlaqələndirici şəxs - Aleksey Ulanov (əlaqə nömrəsi: 050 512-68-24; 012 497-31-73; elektron poçt ünvanı: au@gametv.az).
 
Ceyhun BAYRAMOV
Təhsil nazirinin müavini
17 sentyabr 2013-cü il
№ 46-20-5650/17