Rayon (şəhər) təhsil şöbələrinin, (idarələrinin) müdirlərinə, nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına

Bildiririk ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan İntellektual Klublar Assosiasiyası ilə birgə 2014-cü ilin aprel ayında ümumtəhsil müəssisələrinin VII-XI sinif şagirdləri arasında hər il keçirilməsi nəzərdə tutulan “Nə? Harada? Nə zaman?” oyunu üzrə Azərbaycan çempionatı keçirir.
Çempionat Azərbaycan və rus diLlərində keçiriləcəkdir. Çempionata hazırlıqla bağlı tabeliyinizdə olan ümumtəhsil müəssisələrində intellektual klubun yaradılması, yeni yaradılan və ya artıq mövcud olan klubun Azərbaycan İntellektual Klublar Assosiasiyasında qeydiyyatı (qeydiyyat üçün ərizələr 15 sentyabr - 15 oktyabr 2013-cü il tarixlərində Teymur Elçin küçəsi 4, mənzil 31 ünvanında qəbul olunacaq), oyunların keçirilməsi üçün müvafiq yer ayrılması, oyunların təşkili və keçirilməsi, həmçinin klubun işinə cavabdehlik daşıyan məsul şəxsin təyin edilməsi Sizə tapşırılır.
Əlaqələndirici şəxs - Aleksey Ulanov (əlaqə nömrəsi: (050) 512-68-24; (012) 497-31-73; elektron poçt ünvanı: au@gametv.az).
 
Ceyhun BAYRAMOV
Təhsil nazirinin müavini
17 sentyabr 2013-cü il
№ 46-20-5651/16