Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər” qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının icrası ilə əlaqədar
 
ƏMR EDİRƏM :
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı icra və rəhbərlik üçün qəbul edilsin.
2. Əraziləri işğal olunmuş rayonların təhsil şöbələrinin müdirlərinə tapşırılsın :
özlərindən asılı olmayan səbəblərə görə işləməyən, lakin orta aylıq əməkhaqqı alan məcburi köçkün müəllimlərin dəqiqləşdirilmiş adlı siyahılarını qısa müddətə Təhsil Nazirliyinə təqdim etsinlər;
rayonların ümumtəhsil məktəblərinin fəaliyyət göstərdiyi ərazilərə yaxın yerlərdə məskunlaşmış işləməyən müəllimlərin işlə təmin olunması üçün lazımi tədbirlər görsünlər və görülmüş işlər barədə rübdə bir dəfə Təhsil Nazirliyinə məlumat təqdim etsinlər.
3. Şəhərlər üzrə ümumi təhsil şöbəsi (A. Muradov), kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A. Əhmədov), strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F. Qədirov) və iqtisadiyyat şöbəsi (H. Zeynalov) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından irəli gələn məsələlərin həlli üçün lazımi tədbirlər görsünlər.
4. Ümumi şöbə (İ. Mirzəyev) əmrin çoxaldılıb müvafiq təhsil şöbələrinə göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini İ. İsgəndərova həvalə edilsin. 
 
Misir Mərdanov
Təhsil naziri
16.04.2009-cu il
№ 437