Azərbaycan Respublikası Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Dövlət Texniki Kollecinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 7.11-ci bəndinə əsasən və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kolleci Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 mart tarixli 56 nömrəli qərarı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Orta ixtisas təhsili müəssisələri" bölməsinin 7-ci və 8-ci hissələri ləğv edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının  Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri, 30 aprel 2012-ci il
№ 90