"Təhsil Sektorunun İnkişafı Layihəsinin "Maliyyələşdirmə və büdcə islahatları" alt komponentinin icrası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 fevral tarixli 36 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

"Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 269-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 1984 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 fevral tarixli 36 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 196; 2008, № 6, maddə 586) əlavə - "Təhsil Sektorunun İnkişafı Layihəsinin "Maliyyələşdirmə və büdcə islahatları" alt komponenti çərçivəsində üç pilot rayonunda (Şirvan şəhəri, İsmayıllı və Ucar rayonları) maliyyə müstəqilliyi verilmiş məktəblərin siyahısı"nın "İsmayıllı rayonu üzrə" bölməsinin 14-cü və 18-ci hissələri ləğv edilsin və aşağıdakı məzmunda 5-1-ci və 5-2-ci hissələr əlavə edilsin:
"5-1. Natiq Behdiyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi;
5-2. 7 nömrəli tam orta ümumtəhsil məktəbi;".
 
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 
 
 
Azərbaycan Respublikasının Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri, 19 aprel 2012-ci il
№ 86