S.F. Qarayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq
 
QƏRARA ALIRAM:

Azərbaycan Respublikasında elm və təhsilin inkişafındakı xidmətlərinə görə Siyavuş Fərhad oğlu Qarayev “Şöhrət” ordeni ilə təltif edilsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 aprel 2012-ci il.