Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq
 
QƏRARA ALIRAM:

Azərbaycan Respublikasında təhsil və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
 
“Əməkdar Müəllim”
Kərimova Çimnaz Əli qızı
Qəribova Jalə Əhməd qızı
Quliyeva Balanisə Balış qızı
Quliyeva Sevinc Oqtay qızı
 
“Əməkdar Mədəniyyət İşçisi”
Adıgözəlova Zöhrə Umru qızı
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2012-ci il.