Naxçıvan MR təhsil nazirinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirlərinə

Naxçıvan MR təhsil nazirinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin,  Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirlərinə
 
Bildiririk ki, Azərbaycan Respublikasının Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən, Fövqəladə Hallar Nazirliyinin 20 fevral 2012-ci il tarixli, 012 nömrəli əmri ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda uşaq yaradıcılıq müsabiqəsi keçiriləcəkdir.
Müsabiqə I-XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə keçiriləcəkdir. 
“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin əsasnaməsi www.edu.gov.az internet ünvanında verilmişdir.
Müsabiqənin respublika turuna işlər Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə birgə yaradılmış münsiflər heyəti tərəfindən seçilməlidir. Rayon turunun qalibləri haqqında məlumatlar 20 aprel 2012-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinə göndərilməlidir.
Müsabiqənin rayon, şəhər mərhələsinin keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə əlaqə yaradıb, müvafiq tədbirlər görmək və seçilmiş işlərin vaxtında göndərilməsini təmin etmək Sizə tapşırılır.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
01 mart 2011-ci il
№ 46-20-1271/16