Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında 2011-ci il aprelin 5-də Bakı şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
 
QƏRARA ALIRAM:


1. Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında 2011-ci il aprelin 5-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş;
1.2. Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında 2011-2012-2013-cü illər üçün elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair Proqram.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
 
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Yunanıstan Respublikası Hökumətini xəbərdar etsin.
 
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyun 2011-ci il.