Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq
 
QƏRARA ALIRAM:
 
Azərbaycan Respublikasında elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:  
 
"Əməkdar müəllim"  
Kərimova Ayət Sadıq qızı
Məmmədova Sədaqət Ağaəli qızı  
 
"Əməkdar həkim"  
Əliyeva Səhər Hidayət qızı
Ocaqverdizadə Ofelya Məlkum qızı  
 
"Əməkdar mədəniyyət işçisi"  
Əliyeva Zəhra Gülbala qızı
İsmayılova Səriyyə İsmayıl qızı
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2011-ci il