Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün təhsil müəssisələrində qeyd olunması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” 21 yanvar 2011-ci il tarixli, 1293 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə
 
 
ƏMR EDİRƏM:
 
2. Naxçıvan MR təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri “Azərbaycan müəllimi” qəzetində dərc etdirsin.
4. Ümumi şöbə (H. Məmmədova) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
10 fevral 2011-ci il. 
№ 247