Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransı 2018-ci il   22-23 noyabr tarixlərində  Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilsin və konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilsin.  

2. Konfransın Təşkilat komitəsinin tərkibi və Əsasnaməsi təsdiq edilsin (əlavə 1və 2).

3. Ali təhsil müəssisələrinin rektorları doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2018-ci il 1 oktyabr  tarixinədək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim edilməsini təmin etsinlər.

4. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru (C.Cəfərov) konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratsın, konfransın proqram və materiallarının nəşr edilməsini təmin etsin.

5. Elm, ali və orta ixtisas təhsil  şöbəsi (Y.Piriyev) konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etsin.

6.İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini,  “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını,  çoxaldılıb  ali  təhsil  müəssisələrinə   göndərilməsini  təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə edilsin.

Əsas: Aparat rəhbərinin müavini  Yaqub Piriyevin  təqdimatı.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

8 iyun 2018-ci il

№F-408