Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə təhsili idarəetmə orqanlarının protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərinin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDIRƏM:

 

1. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə təhsili idarəetmə orqanlarının protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Maliyyə şöbəsi (R.Orucov) və Hüquq şöbəsi (S.Kazımov) cari və növbəti illər üçün protokol blanklarının miqdarına dair tələbatın Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin birinci hissəsi ilə təsdiq edilmiş siyahının Təhsil Nazirliyinin bütün struktur bölmələrinə çatdırılmasını və rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini M.Eynullayevə həvalə edilsin.

Əsas: Nazir müavini M.Eynullayevin müvafiq təqdimatı.

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

16 noyabr2017-ci il

№402