“Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Breyn Rinq üzrə respublika çempionatının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 11 mart 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili”nin elan edilməsindən irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin irsinin multikultural və tolerant dəyərlər işığında gənc nəsil arasında təbliği, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması, məktəblilərin intellektual və yaradıcı inkişafına təkan verilməsi, şagirdlərin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunması məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Breyn Rinq üzrə respublika çempionatı keçirilsin.

2. “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Breyn Rinq üzrə respublika çempionatının ictimai əsaslarla fəaliyyət göstərən Təşkilat Komitəsi yaradılsın və onun tərkibi təsdiq edilsin (əlavə 1).

3. “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Breyn Rinq üzrə respublika çempionatının keçirilmə qaydaları təsdiq edilsin (əlavə 2).

4. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, Masallı Rayon Təhsil Şöbəsi Çempionatın 16 noyabr 2016-cı il tarixində, saat 14:00-da Masallı ASAN xidmət ərazisindəki “ASAN İntelektual” İnkişaf Mərkəzində keçirilməsini təmin etsinlər.

5. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) çempionatın keçirilməsi üçün lazımi təşkilati işləri həyata keçirsin və bununla bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

6. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

7. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) çempionatın keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

8. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və nazirliyin internet səhifəsində yerləşdirilməsini, əmr və əlavələrin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.

9. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.

Əsas: Təhsil Nazirliyinin 8 aprel 2016-cı il tarixli, 194 nömrəli əmri ilə təsdiq edilmiş  2016-cı il Azərbaycanda “Multikulturalizm ili”nin elan olunması ilə bağlı tədbrilər planı

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

15 oktyabr 2016-cı il

№726


 

Əlavə:

 

1. “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Breyn Rinq üzrə respublika çempionatının keçirilmə Qaydaları

 

2. “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Breyn Rinq üzrə respublika çempionatının Respublika Təşkilat Komitəsinin tərkibi