20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

 Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 yanvar faciəsi respublikamızda hər il ümumxalq hüzn günü kimi qeyd edilir.
Təhsil müəssisələrində 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün qeyd edilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ilk peşə ixtisas, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:
2.1. Tədbirlər planına müvafiq olaraq tabeliklərindəki təhsil müəssisələrində 10-18 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər müəyyənləşdirib həyata keçirsinlər.
2.2. Əmrin icrası ilə bağlı görülmüş işlər barədə 25 yanvar 2014-cü il tarixinədək Nazirliyə hesabat təqdim etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini və  Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 103 nömrəli, 13 dekabr 2013-cü il tarixli Sərəncamı.
           
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
29 dekabr 2013-cü il
№955
Əlavə: