Tədbirlər Planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli  Sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramınıntəsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24.06.2013-cü il tarixli Sərəncamının  icrası ilə bağlı  Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Təhsil Nazirliyinin aidiyyəti struktur bölmələrinin, yerli təhsili idarəetmə orqanlarının və təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planında nəzərdə tutulan  tədbirlərin  icrasını təmin etsinlər.
3. Ümumi şöbə (E.Əliyev) əmr və tədbirlər planını çoxaldaraq yerlərə çatdırsın.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və tədbirlər planının “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət Aparatın rəhbəri C.Bayramova həvalə olunsun. 
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının
 təhsil naziri
12 avqust 2013-cü il 
№767

 
Əlavə: