Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydalarının, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydasının və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquq tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 297 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. "Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydalarının, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydası və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A. RASİZADƏ
Bakı şəhəri, 20 sentyabr 2000-ci il
 № 172