Əmrdə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə müəyyən edilən xüsusi təhsilin keyfiyyətinin təminatı istiqamətində tədbirlərin davam etdirilməsi “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 31 may 2002-ci il tarixli 551 nömrəli əmrinin 1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

                1.1. 1.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

– “5 il pedaqoji təcrübəsi olan psixoloq, defektoloq yaxud ibtidai sinif müəllimi- komissiyanın sədri;

– pediatr - komissiya sədrinin müavini;

– Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin əməkdaşı  – komissiyanın üzvü;

– pedaqoq – komissiyanın üzvü;

– pedaqoq-katib – komissiyanın üzvü.

2. Respublika psixoloji-tibbi-pedaqoji komissiyasına (A.Xələfov) tapşırılsın ki, yerli psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təklifləri 1 ay müddətində Nazirliyə təqdim etsin.

3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin  “Azərbaycan  müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

4. Əmrin  icrasına nəzarət Nazir müavini (M. Eynullayev) həvalə olunsun.

Əsas: Nazirin müşaviri Ə.Zeynalovun 23.02.2017-ci il il tarixli 1140t nömrəli xidməti məlumatı. 

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

3 mart 2017-ci il

№129