Xüsusi təhsil məsələləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə müəyyən edilən xüsusi təhsilin keyfiyyətinin təminatı istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2002-ci il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”ni rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 may .2003-cü il tarixli 349 nömrəli əmrinin 1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

 1.1. 1-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“Anar Xələfov - De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Xüsusi təhsil şöbəsinin müdiri, sədr;”

1.2. 9-cu yarımbənd çıxarılsın.

2. Respublika psixoloji-tibbi-pedaqoji komissiyasına tapşırılsın ki, rayon/şəhər    psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinə nəzarəti gücləndirsin, bununla əlaqədar müntəzəm monitorinqlərin aparılmasını təşkil etsin. 

3. Ərazi maliyyə hesablaşma mərkəzlərinə tapşırılsın ki, Respublika psixoloji-tibbi-pedaqoji komissiyasının təsdiqi olmadan rayon psixoloji-tibbi-pedaqoji komissiyalarının rəyləri əsasında maliyyələşməni aparmasınlar.

4. Yerli təhsil idarəetmə orqanlarının rəhbərlərinə tapşırılsın ki, yerli psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təklifləri 1 ay müddətində Nazirliyə təqdim etsin.

5. İnformasiya şöbəsi (E. Əliyev) bu əmrin  “Azərbaycan  müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

6. Əmrin  icrasına nəzarət Aparat rəhbərinə (M. Eynullayev) həvalə olunsun.

Əsas: Nazirin müşaviri Ə.Zeynalovun 22.09.2016-cı il tarixli 4650t nömrəli xidməti məlumatı. 

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

7 oktyabr 2016-cı il

№655