“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 
 
QƏRARA ALIRAM:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 346; 2009, № 6, maddə 424) ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.5-ci bəndin üçüncü yarımbəndində “təsdiq edilmiş” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən” sözləri əlavə edilsin.
2. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 8.4.1-ci yarımbəndinin “Monitorinq göstəriciləri” sütununda “tərtibi” sözü “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiqi” sözləri ilə əvəz edilsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2012-ci il.