Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsil Almasına Dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

XX əsrin 70-80-ci iilərində minlərlə Azərbaycan gənci Respublikadan kənarda yerləşən nüfuzlu ali məktəblərdə müxtəlif ixtisaslar üzrə təhsil alaraq ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə öz layiqli töhfələrini vermişlər.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəbllərinə göndərilmə siyasəti yenidən formalaşmağa başlamışdır.
Ötən illər ərzində ölkəmizin yüzlərlə vətəndaşı xarici ölkələrin ali təhsil müəssisələrində dövlət hesabına təhsil almışdır. Bu ölkələr sırasında Türkiyə Cümhuriyyəti ilə müstəqilliyin ilk illərindən etibarən həyata keçirilən tələbə mübadiləsi xüsusi yer tutur. Azərbaycanlı tələbələr həmçinin bir sıra digər ölkələrin universitetlərində dövlət, eləcə də müxtəlif beynəlxalq fondler hesabına təhsil alırlar. Lakin bu sahədə mövcud olan pərakəndəlik göstərir ki, ölkənin gələcək inkişaf strategiyası baxımından xaricdə təhsillə bağlı xüsusi proqramın həyata keçirilməsinə zərurət yaranmışdır.
Xarici ölkələrin nüfuzlu ali məktəblərində azərbaycanlı gənclərin təhsil almalarını və onların müstəqil Azərbaycanın inkişafı üçün güclü amilə çevrilmələrini təmin etmək məqsədi ilə 
QƏRARA ALIRAM: 
 
1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramını 3 (üç) ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr  2006-cı il