Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Müstəqil Azərbaycan dövlətinin qurucusu və dahi siyasətçi, Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün təhsil müəssisələrində qeyd olunması ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət planı təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin müvafiq struktur bölmələri, yerli təhsili idarəetmə orqanları, ümumi təhsil, ilk peşə, orta-ixtisas və ali təhsil müəssisələrinin rəhbərləri Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təmin etsinlər.
3. Fəaliyyət planında nəzərdə tutulan inşa yazı və rəsm müsabiqələrinin, idman yarışlarının keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı tədbirlərin Naxçıvan MR üzrə təşkili muxtar respublikanın Təhsil Nazirliyinə (P.Nağıyev) həvalə olunsun.
4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, çoxaldılıb yerlərə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun. 
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri 
20 fevral 2015-ci il
№203

 
Əlavə: