"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 564; 2012, № 1, maddə 30, № 11, maddə 1208) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı" üzrə:
1.1.1. "İxtisaslar" sütunundan "Sənətşünaslıq", "Rejissorluq", "Dekorativ sənət", "Dizayn", "Rəngkarlıq", "Qrafika", "Heykəltəraşlıq", "Memarlıq", "Müalicə işi", "Hərbi həkim işi", "Tibbi profilaktika", "Əczaçılıq", "Stomatologiya" sözləri çıxarılsın;
1.1.2. "Sosial iş" sətrindən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:  
 
Sənətşünaslıq 1700
Rejissorluq 2400
Dekorativ sənət 4000
Dizayn 1920
Rəngkarlıq 5000
Qrafika 5000
Heykəltəraşlıq 5000
Memarlıq 2000
Müalicə işi 4500
Hərbi həkim işi 4500
Tibbi profilaktika 4000
Əczaçılıq 4000
Stomatologiya 4000
 
1.2. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin
magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı" üzrə:
1.2.1. "İxtisaslar" sütunundan "Sənətşünaslıq", "Aktyor sənəti", "Dekorativ sənət", "Rejissorluq", "Dizayn",
"Rəngkarlıq", "Qrafika", "Heykəltəraşlıq", "Memarlıq" və "Səhiyyədə həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə:
magistraturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar" sözləri çıxarılsın;
1.2.2. "Bədən tərbiyəsi və idman" sətrindən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin: 
 
Sənətşünaslıq 1700
Aktyor sənəti 2000
Dekorativ sənət 4000
Rejissorluq 2600
Dizayn 1920
Rəngkarlıq 5000
Qrafika 5000
Heykəltəraşlıq 5000
Memarlıq 2000
Səhiyyədə həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə:  
magistraturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar 4000
rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar

4000

 

 

 
 2. Bu qərar 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 13 sentyabr 2013-cü il
№ 256