Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

“Büdcə sistemi haqqında” 2002-ci il 2 iyul tarixli Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1.  Azərbaycan Respublikası büdcə gəlirlərinin və xərclərinin funksional, iqtisadi və inzibati vahid büdcə təsnifatı 1-4 nömrəli əlavələrə uyğun olaraq təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikası vahid büdcə təsnifatının aidiyyəti təşkilatlara çatdırılmasını təmin etsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 6 oktyabr 2004-cü il
№ 149

  
Əlavələr: