Nomenklaturada qismən dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. Təhsil Nazirliyinin 26.08.2008-ci il tarixli 1019 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatına və sisteminə daxil olan işçilərin vəzifə nomenklaturasının siyahısı”nın 2.5-ci bəndinin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
“Respublika tabeli ümumtəhsil məktəbinin (internat, lisey, gimnaziya və s.) direktoru, direktor müavinləri (təsərrüfat işləri üzrə direktor müavini istisna olmaqla);”.
2. Respublika tabeli ümumtəhsil məktəbinin təsərrüfat işləri üzrə direktor müavini ilə əmək münasibətlərinin tənzimlənməsi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, rəsmi internet səhifəsində yerləşdirilməsini və yerli təhsili idarəetmə orqanlarına göndərilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M.Eynullayev) həvalə olunsun.
Əsas: İnsan resursları şöbəsinin müdiri F.Qədirovun təqdimatı.
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri 
24 noyabr 2014-cü il
№ 1146