“Qaydalar”da qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və və yerdəyişməsi Qaydaları”nın 5.2-ci maddəsində “işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər” sözləri “şəxslər” sözü ilə əvəz olunsun.

Əsas: nazir müavini M.Eynullayevin xidməti məlumatı.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

30 iyun 2017-ci il

№167


 

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi (15 mart 2017-ci il tarixli, 54 nömrəli əmrlə təqdiq edilmiş qaydalar) Qaydaları