VIII sinif dərslik komplektlərinə aid

Respublikanın ümumtəhsil məktəblərinin VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə Azərbaycan Respublikasında ümumi təhsilin kurikulumu əsasında 70 adda dərslik və müəllim üçün metodik vəsaitin hazırlanmasının satınalınması üçün  “Xalq qəzeti”nin 27 noyabr və 11 dekabr 2013-cü il tarixli nömrələrində 22 lot üzrə açıq tender elanı dərc edilmiş və həmin elan Satınalmalar üzrə Dövlət Agentliyinin saytında yerləşdirilmişdir.
“Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq keçirilmiş tenderin və məzmun qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq nəşriyyat-poliqrafiya müəssisələri ilə VIII dərslik komplektlərinin hazırlanmasına (nəşrinə) dair 2015-ci ildə müvafiq satınalma müqavilələri bağlanacaqdır.