“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq müddəalarına uyğun olaraq ilk peşə və orta ixtisas təhsili sahəsində əsas məqsəd aşağıdakılardır:
- Cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə və orta ixtisas təhsili standartları və   kurikulumlarının hazırlanması;
- Əmək bazarının tələbatına uyğun olaraq, ümümi orta təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər, kütləvi peşələr və ixtisaslar üzrə ilk peşə və orta ixtisas    təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsi;
-  Müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin    yaradılması;
Qeyd edilən sahələr üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə ayrı-ayrı təşkilatlar, qeyri-hökumət və beynəlxalq qurumlarla əməkdaşlıq həyata keçirilir.
 
İlk peşə-ixtisas və orta ixtisas təhsili sasahəsində əsas fəaliyyət    istiqamətləri:
- İlk peşə və orta ixtisas təhsili sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak və onu həyata keçirilməsi;
- İlk peşə və orta ixtisas təhsili sahəsində Azərbaycan Respublikasının Qanunlarının,      Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarının, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əmr və sərəncamlarının icrasının təmin edilməsi;
- İlk peşə və orta ixtisas təhsili sisteminin idarə olunması və fəaliyyətinin təmin edilməsi;       
- İlk peşə və orta ixtisas təhsilli kadrlara olan tələbatın müəyyənləşdirilməsi və ona uyğun Azərbaycan Respublikasının Nazirlər Kabinetinə sifarişin verilməsi;
- İlk peşə və orta ixtisas təhsili sahəsində normativ hüquqi sənədlərin layihələrinin və inkişaf proqramlarının hazırlanması;
- Monitorinqlər vasitəsi ilə tədris prosesinin təşkilinə, idarə olunmasına və keyfiyyətinə nəzarətin təmin edilməsi.