Rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə

Bildiririk ki, Azərbaycan Respublikasının Təhsil və Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin birgə razılaşmasına əsasən, Fövqəladə Hallar Nazirliyinin 11 fevral 2014-cü il tarixli 016 nömrəli əmri ilə uşaq və gənclər arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışı və “Gənc xilasedici” Beynəlxalq turniri keçirilir.
Yarışın zona mərhələsində qalib olmuş və Respublika turunda iştiraka vəsiqə qazanmış aşağıda adları sadalanan rayon (şəhər) komandalarını 22-29 iyun 2014-cü il tarixlərində vahid formada geyim, idman dəstləri, nəqliyyatla təmin etmək, eyni zamanda ezam olunan komandanın rəhbəri və müşayiətçilərin ezamiyyə xərclərini vaxtında ödəməklə Qəbələ rayonuna göndərmək Sizə tapşırılır.
1. Bakı şəhəri 220 nömrəli tam orta məktəbin komandası
2. Bakı şəhəri 225 nömrəli tam orta məktəbin komandası
3. Sumqayıt şəhər komandası
4. Siyəzən rayon komandası
5. Ağdam rayon komandası
6. Xocavənd rayon komandası
7. Gəncə şəhər komandası
8. Şəmkir rayon komandası
9.  Mingəçevir şəhər komandası
10. Yevlax rayon komandası
11. Yardımlı rayon komandası
12. Salyan rayon komandası
13. Şirvan şəhər komandası
14. Hacıqabul şəhər komandası
15. Qobustan rayon komandası
16. İsmayıllı rayon komandası
 
 
Ceyhun BAYRAMOV,  
təhsil nazirinin müavini 
23 iyun 2014-cü il.
№ 46-20-3460/16