Naxçıvan MR təhsil nazirinə, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə

Azərbaycan Respublikasının Təhsil və Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin birgə razılaşmasına əsasən, Fövqəladə Hallar Nazirliyinin 11 fevral 2014-cü il tarixli 016 nömrəli əmri ilə uşaq və gənclər arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışı keçirilir.
Yarışın əsasnaməsi əlavələrlə birlikdə  www.edu.gov.az internet saytında (təhsil sahələri üzrə bölmələrin “Sənədlər yarımbölməsində) verilmişdir.
Yarışın təşkili və keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə əlaqə saxlamağınız , qalib komandanızın müsabiqənin zona mərhələsində iştirakını təmin etməyiniz  xahiş olunur.
Zona mərhələsində iştirak etmək hüququ qazanmış komandaları vahid formada geyim, idman dəstləri, nəqliyyatla təmin etmək, eyni zamanda ezam olunan komandanın rəhbəri və müşayiətçilərin ezamiyyə xərclərini vaxtında ödəmək, respublika turunda iştirak etmək hüququ qazanmış komanda haqqında məlumatları məktubla Təhsil Nazirliyinə bildirmək Sizə tapşırılır.
 
 
Ceyhun BAYRAMOV,
təhsil nazirinin müavini
19 fevral 2014-cü il.
№ 46-20-986/16