Respublika fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

2017-2018-ci tədris ili üzrə keçirilmiş məktəblilərin fənn olimpiadalarının başa çatdığını nəzərə alaraq nəticələrin elan edilməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.14-cü bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 2017-2018-ci tədris ili üzrə Respublika fənn olimpiadalarının nəticələri elan edilsin (əlavə olunur).

2. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin çoxaldılıb yerlərə çatdırılmasını, “Azərbaycan müəllimi” qəzetində və Nazirliyin internet səhifəsində dərc edilməsini təmin etsin.

3. Əmrin icrasına nəzarət aparat rəhbəri vəzifəsini icra edən, müşavir Muxtar Məmmədova həvalə olunsun.

Əsas: Fənn olimpiadaları münsiflər heyəti sədrlərinin yekun protokolları.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

4 iyun 2018-ci il

№F-399