2012-2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq
 
QƏRARA ALIRAM:
 
1. 2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın:
Ağstafa şəhəri 2 nömrəli tam orta məktəb
Bakı Dövlət Universiteti nəzdində “Gənc İstedadlar” liseyi
Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi
6 nömrəli məktəb-lisey
Bakı şəhəri 20 nömrəli məktəb-lisey
Bakı şəhəri 27 nömrəli tam orta məktəb
Bakı şəhəri 29 nömrəli tam orta məktəb
Bakı şəhəri 30 nömrəli tam orta məktəb
Bakı şəhəri 32 nömrəli tam orta məktəb
Bakı şəhəri 35 nömrəli tam orta məktəb
Bakı şəhəri 39 nömrəli tam orta məktəb
Bakı şəhəri 46 nömrəli tam orta məktəb
Bakı şəhəri 70 nömrəli məktəb-lisey
Bakı şəhəri 94 nömrəli tam orta məktəb
Bakı şəhəri 110 nömrəli tam orta məktəb
Bakı şəhəri 160 nömrəli Klassik gimnaziya
Bakı şəhəri 191 nömrəli tam orta məktəb
Bakı şəhəri 220 nömrəli məktəb-lisey
Bakı şəhəri 263 nömrəli tam orta məktəb
Bakı şəhəri 275 nömrəli tam orta məktəb
Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyi
Bakı şəhəri 308 nömrəli tam orta məktəb
Bakı şəhəri 319 nömrəli tam orta məktəb
Balakən şəhəri 1 nömrəli tam orta məktəb
Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına məktəb-lisey
Bərdə şəhəri 3 nömrəli tam orta məktəb
Gəncə şəhəri 4 nömrəli tam orta məktəb
Göyçay şəhəri 3 nömrəli tam orta məktəb
Xəzər Universitetinin Dünya məktəbi
İsmayıllı şəhəri 1 nömrəli tam orta məktəb
İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi
İsmayıllı rayonu Talıstan kənd tam orta məktəbi
Kürdəmir şəhəri 1 nömrəli tam orta məktəb
Qax şəhəri 2 nömrəli məktəb-lisey
Qazax şəhəri 1 nömrəli tam orta məktəb
Qəbələ şəhəri 4 nömrəli tam orta məktəb
Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli tam orta məktəb
Naxçıvan şəhəri 10 nömrəli tam orta məktəb
Oğuz rayonu Xaçmaz kənd 1 nömrəli tam orta məktəb
Ordubad şəhəri 3 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya
Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyi
Sumqayıt şəhəri “İstedad” liseyi
Sumqayıt şəhəri 30 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəb
Şərur şəhəri 1 nömrəli tam orta məktəb
Şirvan şəhəri 10 nömrəli tam orta məktəb
Tovuz rayonu Azaflı kənd tam orta məktəbi
Ucar şəhəri 2 nömrəli tam orta məktəb
“Zəngi” liseyi
 
2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2013-cü il.