2007/2008-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci bəndinə uyğun olaraq
 
QƏRARA ALIRAM:
 
2007/2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazandığına görə aşağıda qeyd edilən ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın:
Abşeron rayonu Xırdalan şəhər 1 №-li orta məktəb
Ağstafa rayonu texniki-humanitar təmayüllü lisey
Bakı Avropa Liseyi
Bakı şəhəri Ağabəy Novruzbəyli adına 46 №-li orta məktəb
Bakı şəhəri bağça-məktəb-lisey kompleksi
Bakı şəhəri Eldar Quliyev adına 145 №-li orta məktəb
Bakı şəhəri Həbibulla Hüseynov adına 83 №-li məktəb-lisey
Bakı şəhəri Ələkbər Eyvazov adına 275 №-li orta məktəb
Bakı şəhəri Ərəstun Mahmudov adına 220 №-li məktəb-lisey
Bakı şəhəri xarici dil dərindən öyrədilən 27 №-li orta məktəb
Bakı şəhəri Tahir Həsənov adına 23 №-li orta məktəb
Bakı şəhəri 70 №-li məktəb-lisey
Bakı şəhəri 147 №-li texniki-humanitar lisey
Bakı şəhəri 160 №-li klassik gimnaziya
Bakı şəhəri 245 №-li orta məktəb
Bakı şəhəri 287 №-li “Zəkalar” liseyi
Bakı şəhəri 291 №-li ekologiya liseyi
Balakən rayonu humanitar və texniki təmayüllü lisey
Bərdə rayonu akademik Zərifə Əliyeva adına şəhər orta məktəbi
Fizika-riyaziyyat və informatika təmayüllü lisey
Gəncə şəhəri Mehdi Mehdizadə adına 4 №-li orta məktəb
Heydər Əliyev adına lisey
İltifat Hacıyev adına “Tərəqqi” texniki-humanitar təmayüllü lisey
İlyas Əfəndiyev adına “Elitar” gimnaziya
İsmayıllı rayonu Elşad Bayramov adına Talıstan kənd orta məktəbi
İsmayıllı rayonu İsrail Həsənov adına şəhər 1 №-li orta məktəb
İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi
Kimya-biologiya təmayüllü respublika liseyi
Qax rayonu Namiq Allahverdiyev adına şəhər 2 №-li təbiət elmləri təmayüllü məktəb-lisey
Quba rayonu Zaur Cəfərov adına şəhər 3 №-li orta məktəb
Lənkəran rayonu Vaqif Əliyev adına şəhər 4 №-li məktəb-lisey
Mingəçevir şəhəri təbiət-riyaziyyat və humanitar fənlər təmayüllü lisey
Naxçıvan şəhəri Heydər Əliyev adına orta məktəb
Naxçıvan şəhəri Afiyəddin Cəlilov adına 12 №-li orta məktəb
Ordubad rayonu Məhəmməd Füzuli adına şəhər internat məktəbi
Salyan rayonu Aşıq Pənah adına şəhər 1 №-li humanitar fənlər təmayüllü məktəb-lisey
Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya
Şamaxı rayonu Cəmo Cəbrayılbəyli adına şəhər 5 №-li orta məktəb
Şirvan şəhəri Elçin İmanov adına 10 №-li orta məktəb
Sumqayıt şəhəri humanitar və təbiət-riyaziyyat təmayüllü "İstedad" liseyi
Sumqayıt şəhəri Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi
Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya
Tofiq İsmayılov adına “İntellekt” liseyi
Tovuz rayonu Nəsirəddin Tusi adına şəhər orta məktəbi
Ucar rayonu şəhər 4 №-li orta məktəb
Yevlax rayonu Nəriman Nərimanov adına şəhər 9 №-li orta məktəb
Zaqatala rayonu humanitar fənlər gimnaziyası
Zaqatala rayonu Şıxəli Qurbanov adına şəhər 3 №-li orta məktəb
"Zəngi” liseyi
Zərdab rayonu Həsən bəy Zərdabi adına şəhər 1 №-li orta məktəb
2. Bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş pul mükafatları Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü bəndinə uyğun ödənilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 avqust 2008-ci il.