2010/2011-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq

QƏRARA ALIRAM:


1. 2010/2011-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən ümumi təhsil müəssisələri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın:

Ağdaş rayonu təbiət, texniki və humanitar təmayüllü gimnaziya
Ağdaş şəhəri 1 nömrəli tam orta məktəb
Ağstafa rayonu Dağkəsəmən kənd 2 nömrəli tam orta məktəb
Bakı şəhəri 8 nömrəli tam orta məktəb
Bakı şəhəri 14 nömrəli tam orta məktəb
Bakı şəhəri 42 nömrəli tam orta məktəb
Bakı şəhəri 51 nömrəli tam orta məktəb
Bakı şəhəri 82 nömrəli tam orta məktəb
Bakı şəhəri 91 nömrəli tam orta məktəb
Bakı şəhəri 100 nömrəli tam orta məktəb
Bakı şəhəri 102 nömrəli tam orta məktəb
Bakı şəhəri 104 nömrəli tam orta məktəb
Bakı şəhəri 141 nömrəli tam orta məktəb
Bakı şəhəri 151 nömrəli tam orta məktəb
Bakı şəhəri 193 nömrəli tam orta məktəb
Bakı şəhəri 207 nömrəli tam orta məktəb
Bakı şəhəri 229 nömrəli tam orta məktəb
Bakı şəhəri 238 nömrəli tam orta məktəb
Bakı şəhəri 252 nömrəli tam orta məktəb
Bakı şəhəri 265 nömrəli tam orta məktəb
Bakı şəhəri 272 nömrəli tam orta məktəb
Bakı şəhəri 279 nömrəli tam orta məktəb
Bakı şəhəri 282 nömrəli tam orta məktəb
Bakı şəhəri 283 nömrəli tam orta məktəb
Bakı şəhəri 318 nömrəli tam orta məktəb
Bərdə rayonu Qaradəmirçi kənd tam orta məktəbi
Gəncə şəhəri 5 nömrəli tam orta məktəb
İsmayıllı rayonu Buynuz kənd tam orta məktəbi
İsmayıllı rayonu Sumağallı kənd tam orta məktəbi
İsmayıllı rayonu Qoşakənd kənd tam orta məktəbi
Qax şəhəri 1 nömrəli tam orta məktəb
Qəbələ rayonu Nohurqışlaq kənd tam orta məktəbi
Quba rayonu Amsar kənd tam orta məktəbi
Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta məktəbi
Cəlilabad şəhəri 1 nömrəli məktəb-lisey
Cəlilabad şəhəri 8 nömrəli məktəb-lisey
Culfa rayonu Xanəgah kənd tam orta məktəbi
Masallı şəhəri 1 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri 12 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri 27 nömrəli tam orta məktəb
Oğuz şəhəri 1 nömrəli tam orta məktəb
Tovuz rayonu M.Ələkbərov adına şəhər tam orta məktəbi
Tovuz rayonu Bozalqanlı kənd tam orta məktəbi
Hacıqabul şəhəri 5 nömrəli tam orta məktəb
Yevlax şəhəri 8 nömrəli tam orta məktəb
Şirvan şəhəri 20 nömrəli tam orta məktəb
Şəki şəhəri 11 nömrəli tam orta məktəb
Şahbuz rayonu şəhər tam orta məktəbi
Şərur rayonu Aralıq kənd tam orta məktəbi

2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları “Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyun 2011-ci il.