2007/2008-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci bəndinə uyğun olaraq
 
QƏRARA ALIRAM:
 
2007/2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən müəllimlər 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsınlar:
 
Abbasov Vüqar Bəhlul oğlu
Abdullayev Nizami Feyzi oğlu
Abdullayeva İlhamə Telman qızı
Abdullayeva Solmaz Yadulla qızı
Ağayev Rəfail Əliməmməd oğlu
Ağayeva Açılangül Ağa qızı
Ağayeva Natiqə Məmmədağa qızı
Alcanov İdris Xancan oğlu
Aşurova Yetər Tahir qızı
Aydəmirov Samid Aydəmir oğlu
Bağırova Nailə Nemət qızı
Baqqayeva Səadət Bilal qızı
Bəşirov Novruz Əyyub oğlu
Cəfərli Kərim Süleyman oğlu
Cəlilova Nailə Cəfər qızı
Duniyev Dadaşbala Ağayar oğlu
Əfəndiyev Rahib Vaqif oğlu
Əfəndiyeva Afət Nurməmməd qızı
Əfəndiyeva İradə Ağaəli qızı
Əhədova Mətanət Məcnun qızı
Əhmədbəyli Xumar Elçin qızı
Əhmədov Zabil Habil oğlu
Əhmədova Mətanət Eldar qızı
Əhmədova Nailə Namaz qızı
Əhmədova Sədaqət Kamal qızı
Ələsgərova Kəmalə İmam qızı
Əlişova Həcər Kəmaləddin qızı
Əliverdiyeva Sevil Şirnəli qızı
Əliyarzadə Rahilə Azər qızı
Əliyev Rauf Ələkbər oğlu
Əliyeva Afaq Asif qızı
Əliyeva Gözəl Həsrət qızı
Əliyeva Təranə Əhmədağa qızı
Əmircanova Qənirə Abduləli qızı
Əzizova Sevgüladə Süleyman qızı
Hacılı Sona Qənbər qızı
Hacıyev Müzəffər Manaf oğlu
Hacıyev Xeybər Heydər oğlu
Həsənov Möhübbət Qüdrət oğlu
Heydərova Vəfa Cəmil qızı
Hümbətov Bayraməli Qadir oğlu
Hüseynova Fəridə Məsi qızı
Hüseynova Nahidə Əlövsət qızı
Hüseynova Nailə Paşa qızı
Hüseynova Solmaz Cəbrayıl qızı
İbrahimova Aybəniz Paşa qızı
İbrahimova Fəxriyyə Ənvər qızı
İlizarova Elmira Borisovna
İsayeva Naidə Rizvan qızı
İsgəndərov Yaşar Çoban oğlu
İsmayılova Bahar İsmayıl qızı
İsmayılova Sədaqət Qeyrət qızı
Kərimova Gülnar Yusif qızı
Kərimova Nəzakət Emin qızı
Qasımova Sevinc Fazil qızı
Qazıyeva Dilarə Halay qızı
Qədirov Heybət Heydər oğlu
Qəhrəmanov Abdulla Balyar oğlu
Quliyeva İlahə Məhərrəm qızı
Quliyeva Ulduz İsmixan qızı
Mahmudov Talıb Əhməd oğlu
Məcidova Aygün Əbülfət qızı
Məhəmmədova Zemfira Nəcməddin qızı
Məhərrəmov Fazil Yaqub oğlu
Məmişov Sabir Kamil oğlu
Məmmədli Ələddin Qibləli oğlu
Məmmədov Rafiq İslam oğlu
Məmmədov Zaman Zahid oğlu
Məmmədova Aidə Əkbər qızı
Məmmədova Çimnaz Məlik qızı
Məmmədova Jalə Hüseyn qızı
Məmmədova Nüşabə Əsəd qızı
Musayeva Esmira Hümbət qızı
Mustafayeva Fatma Abbas qızı
Namazova Göyçək Bəşir qızı
Nəbiyeva Cəmalə Oruc qızı
Nəcəfova Ruhəngiz Əşrəf qızı
Nəcəfova Şükufə Hacıvəli qızı
Novruzov Sabir Tağı oğlu
Nuriyeva Bela Oleqovna
Orucova Gülşən Yasin qızı
Paşayev İbad İsbat oğlu
Raziyev Səfər Emin oğlu
Rəhmanova Tamilla Kərim qızı
Rüstəmova Xalidə Ədalət qızı
Seyidova Gülbəniz Əsgər qızı
Səfərəliyev Muradxan Səfərəli oğlu
Səfərova Fəridə Əsgər qızı
Səlimova Gülnarə Əjdər qızı
Tağıyeva Firəngiz Akif qızı
Tahirova Ülviyyə Ağa qızı
Tahirzadə Tahir Ələsgər oğlu
Talıblı İradə İbadulla qızı
Talıbova Pərvanə Şükür qızı
Təhmasib Leyla Arif qızı
Veysova Səadət Əhməd qızı
Xudiyeva Növrəstə Qulam qızı
Yəhyalı Pərviz Ağasəməd oğlu
Zamanova Kübra Novruz qızı
Zeynalov Nazim Xasay oğlu
 
2. Bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş pul mükafatları Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü bəndinə uyğun ödənilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 avqust 2008-ci il.