Əmrdə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası” haqqında 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarının elan edilməsi barədə Təhsil Nazirliyinin 4 oktyabr 2010-cu il tarixli 1297 nömrəli əmrində dəyişiklik etmək məqsədilə 

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 oktyabr 2010-cu il tarixli 1297 nömrəli əmrinə aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:

“3-1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 399 nömrəli əmri ilə təsdiq edilmiş “Əlavə ali (orta) ixtisas təhsili almaq haqqında Əsasnamə” ləğv edilsin.

2. Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) “Əlavə ali (orta) ixtisas təhsili almaq haqqında Əsasnamə”nin ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə məlumatın verilməsini və bu əmrdən irəli gələn məsələləri həll etsin.

3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

8 iyun 2017-ci il

№127