G.Ç.Gəraybəylinin Azərbaycan Tibb Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 

 

QƏRARA ALIRAM:

 

Gəray Çingiz oğlu Gəraybəyli Azərbaycan Tibb Universitetinin rektoru təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2016-cı il.