"Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən və "ADA" Universitetinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

QƏRARA ALIR:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 29, № 4, maddə 287; 2011, № 3, maddə 230, № 11, maddə 1069; 2012, № 4, maddə 387, № 8, maddə 823, № 12, maddə 1378; 2013, № 3, maddə 330; 2015, № 6, maddə 786) ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın "6. Texniki və texnoloji ixtisaslar qrupu" bölməsində aşağıdakı dəyişikliklər edilsin:

 

1. "110. 050632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" hissəsi ləğv edilsin.

 

2. Aşağıdakı məzmunda 128-5-ci və 128-6-cı hissələr əlavə edilsin:

 

128-5.

050655

İnformasiya texnologiyaları

128-6.

050656

Sistem mühəndisliyi

 

 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Artur Rasi-zadə,

 Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 4 mart 2016-cı il

№ 114