"Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 568; 2012, № 4, maddə 388, № 5, maddə 492; 2013, № 3, maddə 331, № 8, maddə 1003; 2015, № 6, maddə 787) ilə təsdiq edilmiş "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. "2. Humanitar və sosial ixtisaslar qrupu" hissəsinin "060204 Jurnalistika" ixtisasına "- Publisistik jurnalistika" sətrindən sonra "- Media və kommunikasiya sistemləri" və "- Televiziya və radio yayımları menecmenti" sətirləri, "060206 Tarix" ixtisasına "- Slavyan ölkələri tarixi" sətrindən sonra "- Qafqaz xalqlarının tarixi" sətri əlavə edilsin;

1.2. "3. Mədəniyyət və incəsənət ixtisasları qrupu" hissəsinin "060308 Xoreoqrafiya sənəti" ixtisasına "- Xoreoqrafiya sənətinin tarixi və nəzəriyyəsi" sətrindən sonra "- Rəqs sənəti üzrə müəllim-tədqiqatçı" sətri əlavə edilsin;

1.3. "6. Texniki və texnoloji ixtisaslar qrupu" hissəsinin "060652 Kosmik texnika və texnologiyalar mühəndisliyi" ixtisasına "- Kosmik infokommunikasiya texnologiyaları" və "- Kosmik aparatlar və idarəetmə sistemləri" sətirləri əlavə edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Artur Rasi-zadə,

 Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 mart 2016-cı il

№ 116