“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müddəalarına, mövcud normativ hüquqi sənədlərin tələblərinə uyğun olaraq məktəbəqədər təhsil sahəsində başlıca fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Məktəbəqədər təhsil sisteminin fəliyyətini və onun inkişafını təmin edən normativ hüquqi bazanın yaradılmasında iştirak etmək;
- Məktəbəqədər təhsilin inkişafı ilə bağlı müxtəlif istiqamətli dövlət proqramlarının həyata keçirilməsinə nəzarəti təmin etmək;
- Təlim-tərbiyə prosesinin keyfiyyətinə, təhsil qanunvericiliyinin icrasına, məktəbəqədər təhsilin dövlət standartlarına riayət olunmasına nəzarət etmək;
- Qanunvericiliyə uyğun olaraq məktəbəqədər təhsil sistemində demokratik idarəetmənin tətbiqinə nəzarəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə həyata keçirmək;
- Məktəbəqədər təhsilin məzmunca yeniləşdirilməsinə nail olmaq.
  
Qeyd olunan fəaliyyət istiqamətlərinə uyğun olaraq məktəbəqədər təhsil sektorunun başlıca vəzifələri:
- Məktəbəqədər təhsil məsələləri üzrə təkliflər, o cümlədən normativ hüquqi sənədlərin layihələrinin hazırlanıb Nazirliyin rəhbərliyinə təqdim edilməsi;
- Məktəbəqədər təhsilin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
- Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün məktəbəqədər təhsil müəssisələrinə tədris-metodiki rəhbərliyin həyata keçirilməsi;
- Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin dəstəklənməsi;
- Məktəbə hazırlığın məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və qısamüddətli təlim qruplarında təşkilinin təmin olunması;
- Ölkənin bütün məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsil üzrə kurikulumun tətbiqinin təmin olunması;
- Məktəbəqədər təhsil üzrə milli məzmun standartlarının hazırlanması.